Alatoran. Saqa: Yeni Ay

Alatoran. Saqa. Yeni Ay
ing. The Twilight Saga: New Moon
Janr triller
melodram
fentezi
Rejissor Kris Veytz
Prodüserlər Vik Qodfrey
Karen Rozenfelt
Əsərin müəllifi Stefani Mayerin "Yeni Ay" əsəri
Ssenari müəllifi Melissa Rozenberq
Baş rollarda Robert Pattinson
Kristen Stüart
Teylor Lotner
Operator Xavyer Aqirresarobe
Bəstəkar Aleksandr Desplat
İstehsalçılar İstehsal edən:
Temple Hill Entertainment
Imprint Entertainment
Sunswept Entertainment
Distribütor:Summit Entertainment
Distribütor Fórum Hungary[d][2], Netflix, Disney+, Summit Entertainment
İlk baxış tarixi 16 Noyabr, 2009
(Los Anceles premyerası)
20 Noyabr, 2009
(ABŞ)
Filmin digər adları Toranlıq əfsanəsi. Saqa. Təzə ay
Alatoran. Saqa. Təzə Ay
Müddət 130 dəq.[1]
Büdcə $50 milyon[1]
Gəlir $709.7 milyon[1]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2009
Əvvəlki film Alatoran
Rəng rəngli
Çəkiliş yeri Vankuver, Kokuitlam[d]
IMDb ID1259571

Alatoran. Saqa. Yeni Ay (ing. The Twilight Saga: New Moon) — həmçinin "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır. Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı.[3] Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella SvonCeykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen StüartTeylor Lotner canlandırmışdır.[4]“Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür.[5]

Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış[6][7][8], may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir.[9][10] Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa. Tutulma tərəfindən təzələnmişdir.[11] "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filminin 91.1 milyon $ toplamasına kimi, ev baxışında ilk gündə “Yeni Ay” filmi 72.7 milyonla $ ABŞ film industriyası tarixində rekord nəticəni əldə etmişdi.[12] 142,839,137 $ gəlirlə “Yeni Ay” 2002-ci ildən sonra ilk həftəsində ən çox gəlir gətirən film olmuşdur.[11] “Yeni Ay” filmi həm də “Summit Entertainment” tərəfindən istehsal olunmuş ən çox gəlir gətirmiş film, 4,100 kinoteatr sayı ilə ən çox kinoteatrda nümayiş olunmuş müstəqil film olmuşdur və filmin bu rekordu da “Tutulma” filmi tərəfindən qırılmışdır.[13]

20 mart 2010-cu ildə “Yeni Ay” DVD və Blu-ray disklərdə satışa çıxarılmışdır.[14] 2012-ci ilin iyuluna kimi film təkcə Şimali Amerikada 8,835,501 nüsxədən çox satılmış və disk satışından 184,916,451 dollar gəlir gətirmişdir.[15] Satılmış disklərdən 4 milyon nüsxəsi yalnızca məhsulun satışa çıxarılmasının ilk həftəsində sahibini tapmış və beləliklə də, ilk iki gündə 3.8 milyon nüsxə ilə satılmış “Alatoran” filminin rekordu qırılmışdır.[16] Film, fanatlar tərəfindən çox yaxşı qəbul edilsə də[17], tənqidçilər tərəfindən müsbət qarşılanmamışdır.[18][19]

  1. 1 2 3 "The Twilight Saga: New Moon (2009)". Box Office Mojo. IMDb.com, Inc. 2010-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 iyul 2014.
  2. http://nmhh.hu/dokumentum/158984/2009_filmbemutatok_osszes.xls.
  3. Martin, Denise. "'Twilight' sequel 'New Moon' gets the greenlight from Summit". Los Angeles Times. 2008-11-22. 2009-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 iyul 2014.
  4. Tiffany McGee. "Confirmed! Taylor Lautner Will Be Back in Twilight Sequel". People. 2009-01-08. 2011-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  5. Thompson, Anne. "No Hardwicke for 'Twilight' sequel". Variety. Reed Elsevier. 2008-12-07. 2009-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  6. Sitat səhvi: Yanlış <ref> teqi; FilmingStarts adlı istinad üçün mətn göstərilməyib
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Vancouver adlı istinad üçün mətn göstərilməyib
  8. Sitat səhvi: Yanlış <ref> teqi; Shooting adlı istinad üçün mətn göstərilməyib
  9. Sitat səhvi: Yanlış <ref> teqi; Montepulciano1 adlı istinad üçün mətn göstərilməyib
  10. Sitat səhvi: Yanlış <ref> teqi; Montepulciano2 adlı istinad üçün mətn göstərilməyib
  11. 1 2 Anthony D'Alessandro. "'New Moon' takes opening day record". Variety. Reed Elsevier Inc. 2009-11-21. 2009-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  12. "Top Single Day Grosses at the Box Office". Boxofficemojo.com. 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  13. "Widest Independent Releases at the Box Office". Boxofficemojo.com. 2010-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  14. Steve Weintraub. "High Resolution DVD/Blu-ray Cover Art from The Twilight Saga: New Moon – Plus What Extras Are Included". Collider.com. 2010-01-15. 2010-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  15. "New Moon – DVD Sales". The Numbers. 2012-07-15. 2012-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  16. March 23, 2010. "'New Moon' DVD sells 4 million units on first weekend | Company Town | Los Angeles Times". Latimesblogs.latimes.com. 2010-03-23. 2010-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  17. Backer, Rya. "'New Moon' Is Better Than 'Twilight,' Say Fans At Midnight Screening – Movie News Story | MTV Movie News". Mtv.com. 2009-11-20. 2010-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  18. "The Twilight Sage: New Moon: Reviews (2009)". Metacritic. CNET Networks. 2009-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  19. "The Twilight Sage: New Moon (2009)". Rotten Tomatoes. IGN Entertainment. 2010-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search